“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində təmsilçiliyə dair layihəni uğurla həyata keçirmişdir. Layihənin əsas məqsədi qadınların səlahiyyətlərinin artırılmasında mədəniyyətin və yaradıcı fəaliyyətin rolunu beynəlxalq səviyyədə təşviq etmək olmuşdur.
Nyu-Yorkda keçirilən sessiyada Azərbaycanı təşkilatın sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva və idarə heyətinin üzvü Günay Həsənova təmsil etmişlər. Layihə çərçivəsində nümayəndələr beynəlxalq panel və müzakirələrdə iştirak etmiş, çıxışlar etmiş və müxtəlif ölkələrdən olan tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmişlər.